AZ

Abduləzimova finala doğru ilk addımını atıb

Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova “Vaşaş”ın heyətində Macarıstan çempionatının ilk yarımfinalında çıxış edib.

İdman.biz xəbər verir ki, seriyanın ilk oyununda “Vaşaş” hazırkı çempion “Kapoşvar” klubunu 3 setdə məğlub edib.

Komandanın kapitanı Ayşən matcda 9 xal toplayıb.

Qeyd edək ki, rəqiblər ötən həftə Macarıstan kubokunun finalında üz-üzə gəlib və “Vaşaş” ardıcıl 4-cü dəfə kuboku qazanıb.

İdman.biz

Seçilən
88
idman.biz

1Mənbələr