Bakı. Trend:
Bakı şəhərində yeni park salınacaq.
Trend-in əldəetdiyi məlumata görə, park Nərimanov rayonu, Əhməd Bəy Ağaoğlu,Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində salınacaq.
Artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısınıntabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MəhdudMəsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə başlayıb.
Belə ki, hazırda yeni parkın layihə-smeta sənədlərininhazırlanması ilə bağlı işlər start götürüb.
MMC sözügedən işlərin icrasının 198,6 min manata başa gələcəyiniproqnozlaşdırıb.