AZ

Ukrayna XİN: Avropanın dar maraqlara, xırda şantajlara və Troya atlarına sərf etməyə vaxtı yoxdur

Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qitənin "dar maraqlara, xırda şantajlara və Troya atlarına" sərf etməyə vaxtının olmadığını bildirib...

 

Poliqon xəbər verir ki, nazir bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bizim əsas prioritetimiz Avropanın birliyi, gücü və əzmidir. Dar maraqlara, xırda şantajlara, Troya atlarına sərf etməyə vaxt yoxdur. Bu, Avropa üçün vacib məqamdır", deyə Sibiqa qeud edib.

Onun sözlərinə görə, tarixi risklər və çağırışlar dövründə tərəflər təkcə Ukraynanın deyil, bütün Avropanın və hər bir Avropa ailəsinin təhlükəsizliyini təmin etmək üçün birgə çalışmalıdırlar.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Qərb ölkələrini Ukrayna ilə birgə Rusiya Federasiyasına təzyiq göstərməyə çağırıb. Zelenski təkcə qoruyub saxlamalı deyil, həm də hər kəsi daim irəli aparmalı tədbirlərdən də danışıb. Bundan əvvəl Böyük Britaniyanın baş naziri Kir Starmer bildirmişdi ki, Rusiya atəşkəslə razılaşmaqdan imtina edərsə, Qərb Moskvaya iqtisadi təzyiq göstərmək üçün bütün səylərini göstərəcək.

Poliqon.info

 

Seçilən
139
poliqon.info

1Mənbələr