AZ

Mbappe ilə Kurtua da “Real”ın sıx oyun təqvimindən narazıdırlar

Madrid “Real”ının fransalı ulduz hücumçusu Kilian Mbappe qaymaqlıların sıx oyun təqvimindən narazılığını dilə gətirib.

Arena.az fransalı futbolçunun bu barədə açıqlamasını təqdim edir:

“Bu, çox çətindir. Hamı Madrid “Atletiko”su ilə oyunu (evdə 1:0; səfərdə 0:1, penaltilərlə 4:2) gördü. Biz meydanda 120 dəqiqə keçirdik və böyük həcmədə duyğularımızı sərf etdik. Belə bir oyundan sonra meydana çıxıb oynamaq (“Vilyarreal”la, 2:1) çox çətindir, amma bizə, “Real”ın loqosuna hörmət bəsləmək və sona qədər mübarizə aparmaq gərikdir”, deyə Mbappe vurğulayıb.

“Real”ın 32 yaşlı belçikalı əsas qapıçısı Tibo Kurtua da sıx oyun təqvimi ilə bağlı narazılığını tənqidlə dilə gətirib:

“Bəli, oynamaq gərək olanda, biz oynayırıq, bəhanə isə bizə gərək deyil. Qulaq asın, amma çərşənbə günün penaltilər silsiləsi də daxil olmaqla 120 dəqiqə oynayıb, şənbə günü 18:30-da meydana çıxmağımız normal hal deyil”, deyə Kurtua vurğulayıb.

Xatırladaq ki, bu məqamla bağlı “Real”ın baş məşqçisi Karlo Ançelotti də etiraz səsini ucaltmış və İspaniya La Liqasının rəhbərliyini tətillə hədələmişdi.

Seçilən
45
arena.az

1Mənbələr