AZ

Serxio Ramos 5-ci matçında qırmızı vərəqə aldı

Meksikanın "Monterrey" klubunda çıxış edən Serxio Ramos 5-ci matçında ilk qırmızı vərəqəsini alıb.

"Monterrey"in müdafiəçisi Serxio Ramos Meksika klubunda 5-ci oyununda qırmızı vərəqə alıb.

Operativ Media xəbər verir ki, ispaniyalı müdafiəçi ölkə çempionatının 12-ci turunda komandasının öndə olduğu 90+1-ci dəqiqədə meydandan qovulub. "Monterrey" səfərdə "Pumas"ı 3:1 hesabı ilə məğlub edib.

Bu, ispaniyalının karyerasında 11-ci qırmızı vərəqə olub. Bu mövsüm Ramos klubda 5 oyun keçirib və 3 qol vurub.

Seçilən
101
operativmedia.az

1Mənbələr