“Monterrey” klubunun müdafiəçisi Serxio Ramos Meksika klubunun heyətində 5-ci oyununda qırmızı vərəqə alıb.
Msport.az xəbər verir ki, ispaniyalı müdafiəçi ölkə çempionatının XXII turunun “Pumas”la səfər matçında meydandan qovulub. Buna təcrübəli oyunçunun rəqib futbolçuya ayaqla bilərəkdən zərbə endirməsi səbəb olub. Hadisə matçın 90+1-ci dəqiqəsində – komandası hesabda 3:1 öndə olarkən baş verib. Qarşılaşma elə bu hesabla da başa çatıb.
Qeyd edək ki, bununla da Ramosun karyerası ərzində 11-ci dəfə meydandan qovulub. O, “Monterrey”in heyətinfə 5 oyun keçirib və 3 qol vurub.