AZ

Hindistanın Baş naziri Narendra Modi Zelenskiyə müraciət edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistanın Baş naziri Narendra Modi Ukrayna lideri Volodimir Zelenskini Rusiya ilə birbaşa danışıqlar aparmağa çağırıb.
Oxu.Az xəbər verir ki, Hindistanın baş naziri bu barədə ABŞ-li jurnalist Leks Fridmana müsahibəsində bildirib.
"Dünyada nə qədər insanın sizi dəstəkləməsindən asılı olmayaraq, döyüşün nəticəsi meydanda həll olunmayacaq. Münaqişənin həlli yalnız Ukrayna və Rusiyanın danışıqlar masasına oturması ilə mümkün olacaq", - deyə Hindistanın Baş naziri Narendra Modi Volodimir Zelenskiyə xitabən bildirib.
Onun sözlərinə görə, hazırkı vəziyyət məhsuldar danışıqlar üçün fürsət verir.
Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa bu gün Hindistana səfər edəcək.
Seçilən
52
2
oxu.az

3Mənbələr