AZ

Proses başqa güclərin Sunik bölgəsini işğal edəcək kimi görünür

Belə vəziyyətdə Azərbaycan Zəngəzur deyir.

Paşinyan isə türk jurnalistlərə imam donu geyinir ki, nə danışırsınız, Qərbi Azərbaycan demək bizə ərazi iddiasıdır. Sənin ərazin qalıb əlində?
Rusiya, İran, Avropa Birliyi, ABŞ, Fransa, qonşuluğunda isə Azərbaycan, Türkiyə - bütün dünyanı bölgəyə doldurmusan.
120 illik münaqişə tarixində ilk dəfədir ki, gündəlikdən Qarabağ çıxdı, Ermənistanın varlığı qoyuldu masaya.
Bir az geniş profildən baxaq?
Ermənistan İran və Fransa, Hindistana və bizə düşmən bəzi ermənisevər ərəblərə arxayındır?
Bəs bizim dostlar?
Türkiyə, Rusiya, Serbiya, Belarus, Rumıniya, İtaliya, Britaniya və yəhudilərin indiki Amerikası?
Türk dünyasına (Urana görə Türkiyə və Özbəkistana yalvaran Makron necə) yalvaran Fransa (bu günlərdə daha 7 hərbi bazası bağlandı Afrikada, Seneqaldan da qovuldi) gəlib bizim Türkistandakı özbək qardaşımıza özbəkcə yalvaran Emmanuil necə kömək edəcək axı bu Ermənistana?
Ermənistanın hərbi və diplomatik çəkindirmə imkanları 2018-ci ildən bəri sarsıdılmışdır, çoxsaylı hərbi məğlubiyyətlər, uzun illər boyu silahlı qüvvələrinə etinasızlıq və qeyri-sabit, daim dəyişən və əks-məhsuldar xarici siyasət ona müəyyən növ xarici dəstək verən müttəfiqlər və sabit tərəfdaşlıqların itkisi bahasına başa gəlib.
Dünyanın Ukrayna, ABŞ-Rusiya danışıqları ilə məşğul olduğu bir vaxtda, Bakı nə etsə, haqlıdır.
Zatən bir gündə üç dəfə sərhəddə atəşəkəsi pozan tərəfin cəzası olmalıdır.

Əziz Əlibəyli - Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri

visiontv.az



Seçilən
46
visiontv.az

1Mənbələr