Bakı. Trend:
"SpaceX"in qurucusu İlon Mask şirkətin nəhəng kosmik gəmisi“Starship”in 2026-cı ilin sonunda Marsa yola düşəcəyiniaçıqlayıb.
Trend xəbər verir ki, bu missiyada təkcə kosmik gəmiyoxlanılmayacaq, “Tesla”nın insanabənzər robotu “Optimus” da“Starship” ilə Marsa göndəriləcək.
İ.Mask “Optimus”un bu səyahətdə bir sınaq prosesindən keçəcəyinivə gələcəkdə Mars koloniyalarında mühüm rol oynaya biləcəyini ifadəedib.
İnsanların Marsa enməsi üçün 2029-cu il gözlənilsə də, planlargözlənildiyi kimi inkişaf edərsə, 2031-ci il daha çox ehtimaledilir. Bu inkişaf göstərir ki, İ.Maskın çoxdankı Marsıkoloniyalaşdırmaq məqsədi konkret addımlara çevrilməyəbaşlayır.
“Optimus”un Mars missiyasına daxil edilməsi “SpaceX”in QırmızıPlanetdə dayanıqlı yaşayış məntəqəsi yaratmaq planlarının birhissəsi kimi qəbul edilib. İ.Mask, insanabənzər robotların əvvəlcəyalnız “Tesla” zavodlarında istifadə ediləcəyini açıqladı. İndi burobotlar Mars missiyalarında ağır iş yüklərini götürməyəhazırlaşır.
Digər tərəfdən, ABŞ-nin Marsa insan göndərməyi milli prioritetetdiyi təqdirdə “SpaceX” layihələrinin sürət qazana biləcəyideyilir. Lakin ABŞ prezidenti Donald Tramp bu yaxınlarda verdiyiaçıqlamada Marsın onun üçün prioritet olmadığını bildirib.
Qeyd edək ki, “Starship”in Marsa çatmaq məqsədi təkcə planetimüstəmləkə etmək yolu kimi deyil, həm də “SpaceX”in kosmik sektordamövqeyini gücləndirmək strategiyasının bir hissəsi kimi qəbuledilir.