AZ

“Bəzi qərəzli dairələr Cənubi Qafqazı yenidən qarşıdurma və düşmənçilik bölgəsinə çevirmək niyyətindədir”-Millət vəkili

“Azərbaycan milli maraqlar məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmayıb”. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bir daha bəyan etdi ki, biz hər zaman öz resurslarımıza güvənmişik, bunun sayəsində də 27 illik işğala son qoyaraq suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etmişik. Eyni tendensiya bu gün də davam edir – indi də gələcəyimizi özümüz qururuq.

Milli Məclisin deputatı Könül Nurullayeva mövzu ilə əlaqədar Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri ilə ölkəmizin real təcrübəsini nümunə gətirir:

“Bunun nəzəriyyə olmadığını bildirir. Bir sözlə, hər bir ölkə öz taleyinin sahibi olmalıdır. Bunun əksi baş verəndə müstəqilliyin, suverenliyin ərazi bütövlüyünün itirilməsi qaçılmaz olur. Rusiya-Ukrayna müharibəsilə bağlı Azərbaycan Prezidenti realist olmağın tərəfdarıdır. Belə ki, növbəti aylar və ya hətta illərdə sabitliyə ümid azdır. Dövlət başçımız hesab edir ki, hətta müharibə dayansa belə, savaşın yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bu mənada birinci Qarabağ savaşı zamanı Azərbaycan təcrübəsini xatırladan Prezident bildirdi ki, 1994-cü il imzalanan atəşkəs razılaşması da müharibənin sona çatması demək deyildi. Müharibənin başa çatması üçün sülh sazişini olması vacibdir. Bu xüsusda Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin yubanması da xüsusi diqqət çəkir. Cənab Prezident bir daha bəyan etdi ki, ikinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləmiz yoxdur. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.”

K. Nurullyeva bildirib ki, regionda sabitliyi pozmaqda maraqlı olan qüvvələr də az deyil:

“Ermənistanı silahlandıraraq regionda yeni münaqişə ocağı yaratmaq istəyən qüvvələr yekun sülhün imzalanmasını istəmir. Onların məqsədi Cənubi Qafqazı yenidən qarşıdurma və düşmənçilik bölgəsinə çevirməkdir. Bununla belə, Azərbaycan Prezidenti də bildirdi ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.

Regionda yaranmış yeni reallıqların müəllifi olan Azərbaycan həm də ətrafımızda baş verən böhranlardan regionumuzun qorunmasını vacib hesab edir. Lakin bu məsələdə bütün region dövlətləri eyni həssaslığı nümayiş etdirməlidir. Regionda normal qonşuluq münasibətlərinin bərpa olunmasında Ermənistan özü də maraqlı olmalıdır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
97
editor.az

1Mənbələr