Zərərçəkən şəxsin vəziyyəti stabil olaraq qalır.
ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur Times Meydanında dəhşətli hadisə baş verib.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, naməlum bir şəxs tərəfindən bir kişi od vurularaq yandırılıb.
Hadisə bazar günü səhər saat 04:00 radələrində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, özünü yandıran şəxs təxminən 30 metr qaçıb. Vətəndaşlardan biri yanğınsöndürən balonla müdaxilə edərək alovları söndürüb.
45 yaşlı zərərçəkən dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.
Hadisənin səbəbləri və şübhəlinin kimliyi araşdırılır.
Hadisə ilə bağlı istintaq davam edir.