Meksikanın "Monterrey" klubunda çıxış edən ulduz müdafiəçi Serxio Ramos Klausuranın 12-ci turunda "Puma" ilə matçda qırmızı vərəqə alıb.
Fanat.Az xəbər verir ki, hadisə matça əlavə olunmuş vaxtda baş verib.
Topu meydançadan kənara çıxaran 38 yaşlı ispan rəqibini arxadan təpiklə vurub. Təcrübəli futbolçunun hərəkətini hakim qeyri-idman hərəkəti kimi dəyərləndirərək ona birbaşa qırmızı vərəqə göstərib.
Ramosun komandası görüşdən 3:1 hesabı ilə qalib ayrılıb.
Hazırda "Monterrey" 12 turdan sonra 19 xal toplayaraq Meksika çempionatının turnir cədvəlində səkkizinci yerdədir.
Serxio Ramos bu mövsüm artıq 5 oyun keçirib və 3 qol vurub.