AZ

Torpaq çərşənbəsində hava necə olacaq?

Bakı. Trend:

Martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitininəsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə MilliHidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, cənub-qərb küləyi əsəcək, axşam mülayimşimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +8 dərəcədən +13 dərəcəyədək, gündüz+25 dərəcədən +30 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 754 mm civəsütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70,gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuzkeçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağıgözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdəsulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabirduman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +9 dərəcədən +14 dərəcəyədək, gündüz+26 dərəcədən +31 dərəcəyədək, dağlarda gecə +4 dərəcədən +9dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.

Seçilən
69
49
az.trend.az

10Mənbələr