Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mkayıl Cabbarov öz "X" hesabında paylaşım edib.
"İsrailə işgüzar səfərimiz çərçivəsində İsrail Dövlətinin Prezidenti cənab İsxak Hersoqun qəbulunda olduq. Azərbaycan və İsrail əlaqələrinin dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş istiqamətlərini və iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirdik", - paylaşımda qeyd olunub.