“Financial Chain Corporation” (FCHAIN) “Caspian Energy Club”ın Diamond üzvü olaraq qurumun İdarə Heyətini seçkilərinə səsvermədə sayımı öz üzərinə götürüb. Səslərin hesablanması prosesinə “FCHAIN”in Baş direktorunun müavini Valid Hüseynov rəhbərlik edib. Proses boyunca şəffaflıq və obyektivlik təmin edilib. Tədbirdə, həmçinin “FCHAIN”in PR meneceri Günel Musa və qrafik dizayner Leyla Qulamı iştirak edib.
Seçkilərin nəticələrinə əsasən, Telman Əliyev “Caspian Energy Club”ın İdarə Heyətinin sədri olaraq yenidən seçilib. “FCHAIN” rəhbərliyi Telman Əliyevi təkrar seçilməsi münasibətilə təbrik edib və uğurlu əməkdaşlığın davamını arzulayıb.
“FCHAIN”in “Caspian Energy Club” ilə əməkdaşlığı yalnız İdarə Heyəti seçkiləri ilə məhdudlaşmır. Şirkət klubun müxtəlif tədbirlərində aktiv iştirak edir, o cümlədən biznes liderləri arasında şəbəkələşməni və strateji fikir mübadiləsini təşviq edir. Gələcəkdə, “FCHAIN” və “Caspian Energy Club” biznes əlaqələrini möhkəmləndirmək və əməkdaşlıq üçün yeni imkanlar axtarmaq məqsədilə hər iki qurumun fəaliyyət göstərdiyi ölkələrdə birgə tədbirlər təşkil etməyi planlaşdırır.
Qeyd edək ki, “FCHAIN”in İdarəedici Tərəfdaşı Zaur Qədirov “Caspian Energy Club Czechia”nın İdarə Heyətinin sədridir. Bu qurum tədbirlərdə aktiv iştirak edərək Azərbaycan və Çexiya arasındakı biznes əlaqələrin genişləndirilməsinə töhfə verir, həmçinin Çexiya və Azərbaycan şirkətlərinin öz xidmətlərini göstərə bilməsi və əlaqələr yarada bilməsi üçün uğurlu networking platforması rolunu oynayır. Bu qurumun əsas məqsədlərindən biri bu ölkədəki özəl və dövlət sektorlarının nümayəndələrini Azərbaycanın və digər ölkələrin iri layihələrinin həyata keçirilməsi ilə bağlı investisiya potensialı, əlverişli iqtisadi şərait, dayanıqlı inkişaf, həyata keçirilən islahatlar və yeniliklər barədə mütəmadi məlumatlandırmaqdır.