AZ

Rusiya ən keyfiyyətli “Armata” tankını Ukraynada istifadə edə bilmir

Rusiya zirehli texnikasının Ukraynaya qarşı müharibədə itkiləri dəhşətlidir. Amma itirilən minlərlə tank arasında Rusiyanın ən qabaqcıl tankı olan “Armata”dan bir dənə də yoxdur. Ona görə ki, bu tank döyüşlərdə iştirak etməyib.

Herbiand.a bildirir ki, Pentaqonun keçmiş məsləhətçisi Ruben Jonson 19fortyfive nəşrinə tankla bağlı problemi izah edib.

Rusiya ilk dəfə T-14 “Armata” tankını 2015-ci ildə hər il keçirilən Qələbə Paradında nümayiş etdirib. Lakin ilk nümayiş zamanı T-14 Qırmızı Meydanda sıradan çıxdı. Ancaq bu komik epizod əslində “Armata”nın cəbhədə olmamasını izah etmir. Problem təkcə texnikanın aşağı etibarlılığında deyil, həm də onun qiymətinin hədsiz baha olmasındadır.

Jonson yazıb ki, T-14 həqiqətən kifayət qədər mürəkkəb tankdır və bir çox cəhətdən inkişaf edib. Bu da onu o qədər baha edir ki, döyüşdə istifadə etmək axmaqlıq olar.

Nəşrin müəllifi qeyd edib ki, T-14 həqiqətən də qabaqcıl dizayna malikdir və onun sistemləri Rusiya tanklarının əvvəlki nəsilləri ilə müqayisədə irəliyə doğru mühüm addımdır. Məsələn, o qədər yüksək kompüterləşdirilib ki, nəzəri olaraq pilotsuz tank kimi fəaliyyət göstərə bilər.

Ancaq belə yüksək texnologiyalar “Armata”nı dəfn etdi. T-14 həm də absurd dərəcədə bahalı oldu. Hesab edilir ki, bir nüsxəsi 5-9 milyon dollara başa gəlir.

Rusiyanın “Rostex” müdafiə konsorsiumunun rəhbəri Sergey Çemezov bildirib ki, T-14 Ukraynaya göndərilmək üçün çox bahadır: “Rusiya hərbçiləri üçün köhnə T-90-ları almaq daha asandır, nəinki T-14 tanklarını Ukraynaya göndərmək (yeni T-90M-in qiyməti təxminən 1,5 milyon dollardır).

Bəxtiyar CƏFƏRLİ

Seçilən
45
herbiand.az

1Mənbələr