AZ

İmsak vaxtı azandan sonra yeyib, içmək orucu pozur?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hər il Ramazan ayında ənənəvi olaraq müzakirə olunan mövzulardan biri də imsak və iftar vaxtları ilə bağlıdır. Belə ki, ən çox verilən suallardan biri də budur ki, imsak və iftar vaxtlarını necə təyin etmək lazımdır? İmsak vaxtı azan verilirsə, dərhal yeyib-içməyi dayandırmaq lazımdırmı? Həmçinin nəzərə almaq lazımdır ki, iftar vaxtı da müxtəlif təqvimlərdə dəyişir.
Nərimanov rayonu "Cümə" məscidinin imamı Araz Abdullayev Oxu.Az-a açıqlamasında bildirib ki, imsak sözünün leksik mənası "özünü tutmaq, əl çəkmək" mənasına gəlir və nəticə etibarilə Allahın qadağa buyurduqlarından uzaq durmaqdır:
"Hətta İslamın ilk illərində imsak və iftar vaxtları hava şəraitinə görə tənzimləndiyi üçün bu mövzuda ixtilaflar olub. Bəqərə surəsinin 187-ci ayəsində Allah buyurur ki, "dan yeri söküləndə ağ sap (aydınlıq) qara sapdan (qaranlıqdan) seçilənə qədər yeyin-için! Sonra gecəyə qədər orucunuzu tamamlayın!" Müasir dövrdə isə artıq texnologiya inkişaf etdiyi üçün bu vaxtlar rəsədxanalarda təyin edilir və təqvimlərdə öz əksini tapır".
"Bu baxımdan, İslam alimləri orucun başlamasını iki nüansa görə təyin ediblər. Bunlardan birincisi "Fəcrul-kəzib", yəni yalançı gündoğuşu, digəri isə "Fəcrus-sadiq", yəni həqiqi gündoğuşudur. "Fəcrul-kəzib" günün işığının birinci mərhələsidir. Birinci mərhələdə səmada ağ işıq görünür və aşağıdan yuxarı, üfüqə şaquli vəziyyətdə yayılır. Bu "fəcrul-kəzib", yəni yalançı fəcrdir. Bu zaman yemək, içmək olar. "Fəcrus-sadiq", yəni ikinci mərhələ isə Günəşin doğmasına yaxın vaxtdır ki, bu zaman ağlıq üfüq boyunca yayılır. Bu zaman artıq oruc başlamış olur. Orucun başlama vaxtı da səhər namazının daxil olması deməkdir", - deyə imam vurğulayıb.
İftar vaxtından da danışan müsahibimiz bununla bağlı Peyğəmbərimizin hədisini xatırladıb:
"Bir gün Həzrəti Ömər Peyğəmbərimizə iftar vaxtını necə təyin etməklə bağlı sual verir. Allah rəsulu da gecə başlayıb, gündüz sona çatanda və Günəş batdıqdan sonra oruclunun iftar edəcəyini deyir. Yəni Günəş batıbsa, artıq iftar edə bilərsən. Bunu da müasir dövrdə alimlər rəsədxanalarda Günəşin batmasını qeydə alıb təqvimlərdə qeyd ediblər. Lakin məhz namaz təqvimlərindəki fərqliliklər yenə də imsak və iftar vaxtları ilə bağlı ixtilaflara səbəb olub".
Mərahim Nəsib
Seçilən
1
1
oxu.az

2Mənbələr