ABŞ-nin Nyu-York şəhərindəki məşhur Tayms Meydanında naməlum şəxs bir nəfəri yandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə bazar günü səhər saat 04:00 radələrində baş verib.
Şahidlərin sözlərinə görə, alov içində olan şəxs təxminən 30 metr qaçıb.
Yaxınlıqdakı şəxs yanğınsöndürən cihazla müdaxilə edərək alovu söndürüb.
Polis hücumun təsadüfi və ya məqsədyönlü olub-olmadığını hələ müəyyən etməyib.