AZ

Tayland bu layihələrə 2,7 milyard dollar xərcləyəcək

Tayland hökuməti məlumat mərkəzləri və bulud xidmətləri sahəsinə 2,7 milyard dollarlıq yeni investisiya layihələrini təsdiqləyib.

Valyuta.az xaric mənbələrə istinadən xəbər verir ki, bu barədə ölkənin İnvestisiya Şurası açıqlama yayıb.

Şuradan verilən məlumata görə, Çinin "Beijing Haoyang Cloud&Data Technology", Sinqapurun "Empyrion Digital" və Taylandın "GSA Data Center 02" şirkətləri ölkədə məlumat mərkəzləri quracaq. Layihələr çərçivəsində "Beijing Haoyang" 300 meqavat gücündə və 72,7 milyard batı dəyərində məlumat mərkəzi tikəcək, Tayland şirkəti isə 35 meqavat gücündə və 13,5 milyard batı dəyərində investisiya yatıracaq.

Süni intellekt sahəsindəki sürətli inkişaf Cənub-Şərqi Asiyada məlumat mərkəzlərinin sayının artmasına səbəb olub. Böyük texnologiya şirkətləri regiona daha çox sərmayə yönəldir.
Bu ilin yanvarında "TikTok" Taylandda 126,8 milyard batlıq məlumat hostinq xidməti quracağını elan edib. "Google" ölkəyə 1 milyard dollar, "Amazon Web Services" isə 15 il ərzində 5 milyard dollar investisiya yatıracağını açıqlayıb.

Bundan əlavə, "Microsoft" Taylandda ilk regional məlumat mərkəzini açacağını bildirib. Tayland hökuməti bu investisiyalar sayəsində ölkənin texnologiya sektorunun daha da inkişaf edəcəyini və rəqəmsal iqtisadiyyatın güclənəcəyini vurğulayıb.

Sərvanə Rəmixanova 

Seçilən
32
valyuta.az

1Mənbələr