"Barselona" növbəti transfer pəncərəsində top hücumçu tapmağı qarşısına məqsəd qoyub.
Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Komandanın baş məşqçisi Hans-Diter Flik klub rəhbərliyindən Robert Levandovski üçün əvəzedici axtarmağa başlamağı xahiş edib. Flik hesab edir ki, bu mövqeni yeniləmək lazımdır.
Kataloniyalıların radarlarında üç hücumçu var. "Barsa" "Leypsiq"dən Benjamin Şeşko, "Nyukasl"dan Aleksandr İsak və "Sportinq"dən Viktor Qyökereş arasında seçim edəcək.