AZ

Məşhur aktyor özündən 23 yaş kiçik sevgilisi ilə hər kəsdən gizli evləndi - VİDEO

Məşhur aktyor özündən 23 yaş kiçik sevgilisi ilə hər kəsdən gizli evləndi - VİDEOMəşhur aktyor Justin Theroux (53) həftə sonu Meksikanın Tulum şəhərinin turistik bölgəsində təşkil edilən çimərlik mərasimində özündən 23 yaş kiçik aktrisa sevgilisi Nikol Brydon Bloom (30) ilə evlənib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Firuzəyi Karib sularının kənarında, ağ qumlarda baş tutan mərasimdə cütlük sadə, lakin zərif geyimləri ilə diqqət çəkib. Mərasimə az sayda qonaq qatıldığı halda, Therouxun sevimli iti Kuma da xüsusi gündə iştirak edib.

Nigah mərasimindən sonra cütlük Yucatan yarımadasındakı dəbdəbəli kurortda bal ayı tətilinə başlayıb.

Seçilən
32
sonxeber.az

1Mənbələr