AZ

Azad Xankəndi və Xocalı Novruza hazırlaşır (FOTO)

Xankəndi . Trend:

Bu il ilk dəfə olaraq, işğaldan azad edildikdən sonra Xankəndişəhəri və Xocalı rayonunda Novruza hazırlıq işləri aparılır.

Bu barədə Trend-ə Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, bu günlərdə Xankəndi şəhərinin mərkəzindəNovruza hazırlıq işləri davam edir:

"Şəhərin Zəfər meydanında Novruz bayramı öncəsi görülən hazırlıqişləri xüsusi ilə diqqət çəkir. Mərkəzi meydanda səməniqurulub.

Burada müxtəlif bayram əhval-ruhiyyəli şənlikərin keçirilməsiüçün hər çür şərait yaradılır. Bundan əlavə, şəhərdə müxtəlifgüllər və kollar əkilib, ağaclar budanıb.

Həmçinin, Zəfər meydanında iri bayram tonqalı və konsertproqramı üçün xüsusi konstruksiyalar quraşdırılır.

Xocalı şəhəri və Ballıca kəndində də Novruza hazırlıq işlərigörülüb. Şəhərdə Novruz bayramı atributları, milli ornamentlərləbəzədilmiş səməni quraşdırılıb. Novruz bayramı ərəfəsində yazıngəlişi ilə əlaqədar Xocalı şəhəri ərazisində abadlıq və təmizlikişlərini sürətləndirib.

Görülən işlər onu deməyə əsas verir ki, qarşıdakı günlərdəXankəndi və Xocalıda əsl Novruz ab-havası yaşanacaq", - qurumdanbildirilib.

Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Məqalədə:
Seçilən
108
3
az.trend.az

1Mənbələr