Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Midstream Operations" MMC şirkəti yenidən təşkil olunub.
Marja.az Şirkətin bildirişinə istinadən xəbər verir ki, “SOCAR Midstream Operations” Məhdud Məsuliyyətli Cəmiyyəti (SMO) ondan “SOCAR Midstream Gas Operations” Məhdud Məsuliyyətli Cəmiyyətinin (SMGO) ayrılması formasında yenidən təşkil olunduğunu bildirir.
Yenidən təşkil nəticəsində SMO-nun nizamnamə kapitalı 59 milyon 501 min manat məbləğindən 1000 manat məbləğinə azaldılmış, onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq SMGO-ya ötürülmüşdür.