AZ

Ərəb Dövlətləri Liqası Ermənistanla sülh sazişinin elan edilməsini alqışlayıb

Ərəb Dövlətləri Liqası Ermənistan və Azərbaycan arasında sülh sazişinin elan edilməsini alqışlayır.

AzPost bildirir ki, bu barədə Baş Katibliyin yaydığı açıqlamada bildirilib.

Liqa bunu iki ölkə arasında münaqişəyə son qoyulması və Qafqaz regionunda davamlı sülhün əldə edilməsi istiqamətində zəruri və mühüm addım hesab edir.

“Ərəb Dövlətləri Liqası-ın Baş Katibliyi mübahisələrin sülh yolu ilə həlli üçün əsas yaradan bu sazişi tam dəstəklədiyini bir daha təsdiq edir və iki ölkə arasında bütün mübahisəli məsələləri həll edəcək yekun və hərtərəfli sülh sazişinin imzalanmasına ümid etdiyini bildirir”.

Seçilən
35
azpost.info

1Mənbələr