Bakı. Trend:
Ermənistanda revanşizm tendensiyası normallaşma prosesininyekunlaşdırılmasında ən ciddi maneədir.
Trend xəbərverir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Milli Məclisanalitik informasiya jurnalında dərc olunan “Azərbaycanın müstəqilvə suveren xarici siyasət modeli” məqaləsində bildirib.
XİN başçısı məqaləsində Azərbaycan-Ermənistan sülh müqaviləsininmətni ilə bağlı aparılan danışıqlardan söz açıb.
“Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə ikitərəflidanışıqlar çərçivəsində əldə edilmiş irəliləyişə baxmayaraq,Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi aktlardaölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəalarındəyişdirilməsi istiqamətində Ermənistan tərəfinin siyasi iradənümayiş etdirməməsi fonunda bu ölkədə davam edən revanşizmtendensiyası, xarici qüvvələrin birbaşa dəstəyi ilə Ermənistanınsürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçünən ciddi maneə olaraq qalmaqda davam edir. Qeyd olunan təhdidlərindaim diqqət mərkəzində saxlanılması diplomatiyamızın əsashədəflərindən biridir.
Bunlarla yanaşı, Ermənistanın 30 ilə yaxın davam edən təcavüzünəticəsində yaranmış itkin düşmüş şəxslər probleminin həlliistiqamətində beynəlxalq səylərin genişləndirilməsi, genişmiqyaslıhumanitar minatəmizləmə əməliyyatları üçün dəstəyin cəlb edilməsi,habelə Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlınınhüquqlarının bərpa olunması məsələsinin diqqət mərkəzindəsaxlanılması səyləri olduqca əhəmiyyətli istiqamətlərdəndir”, -deyə C.Bayramov qeyd edib.
Nazir əlavə edib ki, 30 illik işğal dövründə olduğu kimi 44günlük Vətən müharibəsində və antiterror tədbirləri nəticəsindəölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra daAzərbaycana qarşı Ermənistan və onun havadarları tərəfindənaparılan qarayaxma kampaniyasının qarşısının alınması,suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı təhdidlərinneytrallaşdırılması istiqamətində addımların beynəlxalqictimaiyyətə izah edilməsi və bu addımları sual altına almaq,məhdudlaşdırmaq cəhdlərinin qarşısının alınmasına yönəlmiş ardıcıl,sistemli və qətiyyətli xarici siyasət fəaliyyəti davametməlidir.