“Xaçmaz Aqropark” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaltdığını elan edir.
Marja.az Şirkətin bildirişinə istinadən xəbər verir ki, nizamnamə kapitalının azaldılan məbləği açıqlanmayıb. Qeyd edək ki, “Xaçmaz Aqropark” 7 milyon 450 min manat nizamnamə kapitalına malik idi.
Kreditorlar 1 ay müddətində AZ2712, Xaçmaz rayonu, Sayad kəndi ünvanına müraciət edə bilərlər.
2021-ci ildə dövlət qeydiyyatına alınmış “Xaçmaz Aqropark”ın qanuni təmsilçisi Rauf Mailovdur.
Xaçmaz Aqropark MMC 01.12.2021 tarixdən fəaliyyətə başlanmışdır. Şirkətin əsas fəaliyyət istiqamətləri iribuynuzlu heyvandarlıq (südlük və ətlik) və əkinçilikdir. Müəssisədə yüksək süd və ət məhsuldarlığı olan “Holstein friz” və “Simmental” cins heyvanlar bəslənilməkdədir. Müəssisənin istifadəsində olan 710 ha əkin ərazisində heyvanların yemlənməsində istifadə olunan yem bitkiləri (yonca, dənlik və senajlıq arpa, silosluq və dənlik qarğıdalı və s.) əkilir.