AZ

İraq Ermənistan və Azərbaycan arasında əldə olunan razılığı alqışlayır

İraq Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni ilə bağlı əldə olunan razılaşmanı alqışlayır və bu istiqamətdə görülən diplomatik səyləri yüksək qiymətləndirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat verib.

İraq XİN-dən bildirilib ki, bu Saziş Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımdır.

"Bu Saziş Ermənistan və Azərbaycan xalqları üçün daha yaxşı gələcəyin qurulmasına kömək edəcək. Nazirlik bu mühüm nailiyyətə töhfə verən diplomatik səyləri də yüksək qiymətləndirir", -bəyanatda deyilir.

Seçilən
35
operativmm.az

1Mənbələr