AZ

Salyanda Milli Qəhrəmanı Nazim Babayevin xatirəsi yad edilib - FOTO

Salyanda Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin xatirəsi yad edilib.

Modern.az xəbər verir ki, mərasim iştirakçıları Milli qəhrəman Nazim Babayevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər.

Anım mərasimdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və hüquq-mühafizə orqanlarının rəhbərləri Milli Qəhrəmanı Nazim Babayevin anası Laçın ananı evində ziyarət ediblər. Ziyarət zamanı Rayon İcra Hakimiyyətinin başçısı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarından söz açıb, şəhid anasının səhhəti və sosial qayğıları ilə maraqlanıb. Laçın ana övladı haqqında xatirələrini bölüşüb, hər zaman dövlət tərəfindən onlara diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, 1995-ci ilin mart ayında xüsusi təyinatlı polis dəstəsinin qeyri-qanuni silahlıları dövlət çevrilişinə cəhd edəndə Füzuli, Tərtər bölgələrində igidliklə döyüşən, düşmən qarşısında mətanətlə dayanan Nazim Babayev şəhidlik zirvəsinə yüksələrək ölməzlik qazanıb.

***

Salyanda ictimai fikrin görkəmli nümayəndəsi, alim, yazıçı, publisist Əli bəy Hüseynzadənin anım günü münasibətilə xatirəsi yad edilib.

Martın 17-də Salyan rayonunda ictimai fikrin görkəmli nümayəndəsi, alim, yazıçı, publisist Əli bəy Hüseynzadənin anım günü münasibətilə abidəsi ziyarət edilib, önünə gül-çiçək dəstələri düzülüb və xatirəsi ehtiramla yad edilib.

 

Seçilən
34
modern.az

1Mənbələr