AZ

Hər kəsin "mən ağıllıyam" deyə yaşadığı həyatımızda Ağıl varmıdır?

Ağıl nədir?

Tərifi çox ola bilər.Yaşadığımız həyatın içində Ağıl fürsətləri istifadə etməkdir, "Ağıllı adam" fürsətləri imkanlarına çevirən adamdır.

Demək ki, Ağıl fürsətə möhtacdır.

Fürsət nədir?

Fürsət qarşılaşdığı Anı özünə mənfətə çevirə bilmək bacarığıdır.

Mənfəət nədir?

Həyatın sığortalanması üçün əldə olunan Gücdür.

Bu "Ağıl" tanımasının qaynağı nədir?

Bu Ağıl bizim ağıl deyildir.Bu bizə "qoyma ağıl" kimi yerləşdirilmış ağıldır.

Bizim coğrafiyamızda Ağıl varmi idi,varsa da tanınması necə idi,sualına cavab verməliyik ki, Ağlımızı itirdiyimiz zamana qədər hansı Ağılla idarə olunmuşuq.

Minillklər içində bu coğrafiyada əsas olan Dağlardır.Ontoloji olaraq "Dağlar" bu coğrafiyaya imkanların dəyərləndirilməsi funksiyasını yükləyib. Dağ bizim kimliyimizin zəminidir.Ağıl mərkəzə gəldiyində mərkəz olaraq Dağ və Dağları "ağlın gözü" kimi görər və qərarlarını Dağlara görə alar.

Sonra bədənləşmə və bütövləşmə başlar.

Ruslar bu coğrafiyanı Yeni Dağ ağlı ilə istila etdi.Və "Dağlar"ın ağlını parçaladı.

Xanlığlar dönəmində dünənə qədər yaşayan "Dağlar" bitdi,Yeni Qafqaz ortaya çıxdı.

Bu gün də bu proses gedir. Daosdakı son görüşdəki məsələniz "Dağlara yol" adı ilə müzakirəyə başladı.

İndi

Ağlın itirilməsi dönəmindən Ağlın yerinə qayıtması dönəmini yaşayırıq.

Bizim imkanlar və fürsətlər qarşıdurmasını yenidən nəzərə çevirmə zamanımızdır.

Rus bizə "Fürsət ağlı" yükləmişdi,yaşadıq, keçdi.

İndi və burda məsələmiz yeni ağlın inşasındakı imkanların dəyərləndirilməsi məqamıdır.

Ya dağa çəkilib ağrı ilə yaşamaq, ya da Dağa dönüb yaşananlarla bərabər kristallaşma qədərimizdir.

Bizim "ağıl" tanımağımızın əsası ərəb deyildir, ərəbdə "ağıl" dəvəni bağlama usuludur, səhrada yatmaq istəyən ərəb dəvəni bağlamalıdır ki, onun həyatının əsası olan dəvə onun yatdığı yerdən uzaqlaşmasın. Çarpaz bağlanan dəvə yatan ərəbin həm fürsət, həm də mənfət arzusunu yerinə yetirmiş olur.

Ərəb alma arzusu ilə, vermə arzusunu birləşdirir.

Bizim isə "ağıl" tanımağımız isə qoyunların qorunması üçün istifadə etdiyimiz "qorunan yer"dır. "Qorunan yer" o ağıldır ki, həddini bilər və qorumaq istədiyini qoruyanın əmanəti olaraq saxlar.

Ərəb və rus ağlının şəklini tanımalıyıq ki, öz ağlımızın həddini bilək.

İdris Heydərli

visiontv.az



Seçilən
61
visiontv.az

1Mənbələr