Misli Premyer Liqasında 2024/25 mövsümünün III dövrəsi başa çatıb.
İdman.biz xəbər verir ki, qış fasiləsindən sonrakı dövrdə 9 turun 55 matçı baş tutub.
Çempionatın 2025-ci ilin arxada qalan hissəsində 97 qol vurulub. Dövrənin ən yaxşısı “Zirə” olub.
Qəsəbə klubu bu il keçirdiyi 9 matçda hamıdan çox – 7 qələbə qazanıb. Rəşad Sadıqovun yetirmələri hamıdan az heç-heçə, məğlubiyyət və buraxılan toplarla da fərqlənib. Ən yaxşı top fərqi ilə 22 xal qazanması “Zirə”ni 2-ci pilləyə daşıyıb.
Yalnız vurulan qollarda “Qarabağ” üstündür. Qurban Qurbanovun komandası dövrəni 17 xalla bitirib.
“Neftçi” də qış fasiləsindən sonra yaxşı təsir bağışlayıb. Samir Abasovun yetirmələri III dövrənin 3-cüsü olub.
Dövrənin ən zəifi “Araz-Naxçıvan”dır. “Sumqayıt”la eyni xala malik Naxçıvan təmsilçisi cəmi 1 qələbə qazanıb.
1 | Zirə | 9 | 7 | 1 | 1 | 16-6 | 22 |
2 | Qarabağ | 9 | 5 | 2 | 2 | 18-9 | 17 |
3 | Neftçi | 9 | 4 | 2 | 3 | 9-8 | 14 |
4 | Kəpəz | 9 | 3 | 3 | 3 | 10-11 | 12 |
5 | Şamaxı | 9 | 3 | 2 | 4 | 9-9 | 11 |
6 | Turan Tovuz | 9 | 3 | 2 | 4 | 10-14 | 11 |
7 | Səbail | 9 | 2 | 3 | 4 | 5-11 | 9 |
8 | Sabah | 9 | 1 | 6 | 2 | 9-10 | 9 |
9 | Sumqayıt | 9 | 2 | 2 | 5 | 5-10 | 8 |
10 | Araz-Naxçıvan | 9 | 1 | 5 | 3 | 6-9 | 8 |
Vüqar Xeyrullayev
İdman.biz