AZ

General Hodges: "ABŞ ordusunun Avropadan çıxması an məsələsidir"

O, “Blick” qəzetinəmüsahibəsindədeyib ki, ABŞ qoşunlarının Avropadan çıxarılması an məsələsidir.

“Yeganə sual onun (ABŞ prezidenti Donald Trampın – red.) nə vaxt və neçə əsgərini geri çəkəcəyidir”, - general qeyd edib.

ABŞ Almaniyadan Ermənistana hərbi texnika daşıyır
Hodgesin sözlərinə görə, Pentaqon hazırda Avropada 100 min əsgəri üç proqram vasitəsilə maliyyələşdirir. Bunlar müntəzəm büdcə, Avropa çəkindirmə təşəbbüsü (EDI) və Ukrayna üçün xüsusi fondlardır.

“Bu xüsusi fondlar tükənmək üzrədir. Yeni vəsait olmasa, yəqin ki, 10 000 Amerika əsgərini Avropadan çıxarmaq lazım gələcək”, - ABŞ ordusunun Avropadakı keçmiş komandanı əlavə edib.

Martın əvvəlində “The Washington Post” (WP) öz mənbələrinə istinadən yazmışdı ki, ABŞ Avropadan 20 minə qədər hərbçini çıxaracaq.

Qeyd edək ki, ABŞ ordusunun Material Komandanlığı Almaniyanın Dülmen şəhərindəki hərbi bazadan yüzlərlə hərbi texnika və nəqliyyat vasitəsini Gürcüstandan keçməklə Ermənistandakı Zar hərbi bazasının poliqonlarına daşımağı planlaşdırması barədəməlumatlar yayılıb.

ABŞ Dövlət Satınalma Portalında göstərilən məlumata görə, ümumilikdə 151 ədəd hərbi texnikanın (nəqliyyat, generatorlar, xüsusi konteynerlər və s.) Ermənistana transferinin iyulun 16-dan avqustun 7-dək aparılması, avqustun 21-dən sentyabrın 20-dək isə yenidən Almaniyaya qaytarılması nəzərdə tutulur.

Tural Tağıyev
AzVision.az

Seçilən
26
azvision.az

1Mənbələr