AZ

Antibiotik müalicəsində edilən böyük səhv: Risk altında ola bilərsiniz

Antibiotik müalicəsində edilən böyük səhv:

Antibiotiklərin düzgün istifadəsi sağlamlıq üçün vacibdir. Prof. Dr. Alper Şener, xüsusilə uşaqlar və yaşlılar arasında pnevmoniya riskinin artdığına diqqət çəkərək, müalicənin tam və düzgün aparılmasının vacibliyini vurğulayır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bəzi xəstələr antibiotikləri həkim məsləhəti olmadan nizamsız istifadə edir və ya vaxtından əvvəl dayandırır. Bu, infeksiyanın daha da ağırlaşmasına və pnevmoniya kimi ciddi problemlərə yol aça bilər. Antibiotiklərin vaxtında və lazımi dozada qəbul edilməsi tənəffüs yolu infeksiyalarının ağırlaşmasının qarşısını almağa kömək edir.

Evdə qalan və ya başqasına yazılmış antibiotiklərin istifadəsi səhv addımdır. Qonşular arasında dərman paylaşımı da təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu dərmanlar düzgün istifadə olunmadıqda bədənə ciddi zərər verə bilər.

Antibiotiklər yalnız həkim nəzarəti altında və tam kurs şəklində qəbul edilməlidir. Əks halda, xəstəliklər ağırlaşaraq daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
12
e-saglam.az

1Mənbələr