AZ

Dieqo Simeone: “Futbol səhvləri bağışlamır”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 28-ci turunda baş tutmuş “Barselona” ilə ev oyununu şərh edib.

Arena.az məlumat verir ki, oyunun gedişində 2:0 hesablı üstünlük saxlamış “döşəkçilər” 72, 78, 90+2 və 90+8-ci dəqiqələrdə qollar buraxaraq, oyunu “blauqrana”ya təslim ediblər – 2:4.

Dieqo Simeone matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibi təbrik edirəm. Onun üzünə, bizə gərək olacaq uğur güldü. Düşünürəm ki, bizdə yorğunluq əlamətləri yox idi, biz əvəzetmələrdən güc-qüvvət alırdıq.

Düşünürəm ki, hesab elə, 2:0 da qala bilərdi. Rəqib fürsətindən yararlandı və hesab arasındakı fərqi azaltdı. “Barselona” kimi belə qüvvətli komanda üçün isə bu, əlavə təkan, əminlik qurtumudur. Rəqib bu qorxu dairəsinə daxil olur. Əks-hücum alınmadı – və budur, hesab artıq 2:2-dir.

Hər şey gözəl alınırdı, amma mən Ximeneslə (Xose Ximenes – “Atletiko”nun 30 yaşlı uruqvaylı mərkəz müdafiəçisi – redaktorun qeydi) bağlı əvəzetmə ilə gecikdim. Mənə, onu ikinci qoldan dərhal sonra meydana buraxmaq gərək idi. Futbol səhvləri bağışlamır, mən isə özünütənqidə dayanıram. Güman ki, Ximeneslə “Barsa” lap altı qol da vurardı, amma bax, məhz elə o məqamda bizə bu əvəzetmə həqiqətən gərəkli idi, amma mən bunu vaxtında edə bilmədim. O, meydana çıxanda hesab lövhəsində artıq 2:2 gözə çarpırdı”, – “El-Çolo” ləqəbli argentinalı mütəxəssis acı məğlubiyyətin məsuliyyətini öz üzərinə götürüb.

28 oyundan 56 xal toplamış “Atletiko” İspaniya La Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. La Liqaya 27 oyundan 60 xal toplamış “Barselona” başçılıq edir.

Seçilən
73
arena.az

1Mənbələr