AZ

Azərbaycanın olimpiya mükafatçısı taekvondo üzrə beynəlxalq turnirdə 2-ci yeri tutub

Bakı, 17 mart, AZƏRTAC

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Belçikanın Lommel şəhərində keçirilmiş “Belgian open” turnirində 6 medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bunlardan 1-i qızıl, 1-i gümüş, 4-ü bürünc mükafatdır.

Bəhruz Quluzadə (54 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Paris-2024” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşim Maqomedov (63 kiloqram) ikinci, Xıdır Məmmədov (54 kiloqram), Səyyad Dadaşov (58 kiloqram), Eltac Qafarov (87 kq) və Səmərrux Osmanova (49 kiloqram) üçüncü yeri tutub.

Seçilən
54
1
azertag.az

2Mənbələr