Yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bəzi sığorta sinifləri üzrə sığorta haqqı toplansa da, heç bir ödəniş olunmayıb.
Valyuta.az xəbər verir ki, toplanan sığorta haqqının həcmi 2 milyon 8 min manat olub.
Sığorta haqqı toplanan, amma heç bir ödəniş olmayan sığorta sinifləri aşağıdakı kimidir:
İşçilərin dələduzluğu sığortası: 86 min manat
İşəgötürənin məsuliyyət sığortası: 96 min manat
Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası: 137 min manat
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası: 8 min manat
Fərdi qəza və xəstəlik sığortası: 824 min manat
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası: 303 min manat
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası: 54 min manat
Yüklərin (nəqliyyat) sığortası: 500 min manat
Maya Hüseynova