“PERİPROSTETİK İNFEKSİYA: DİAQNOSTİKA, MÜALİCƏ VƏ MÜASİR KONSEPSİYA” MÖVZUSUNDA BEYNƏLXALQ PRAKTİK SEMİNAR KEÇİRİLİB
“Medical Media” və “AO Trauma Azərbaycan”ın birgə təşkilatçılığı ilə Azərbaycan ortoped-travmotoloq və infeksionistlər üçün “Periprostetik infeksiya: diaqnostika, müalicə, müasir konsepsiya” mövzusunda kurs-seminar keçirilib.
Seminarda, travmatologiya və ortopediyanın aktual problemlərindən biri olan bud oynağının qorunması, periprostetik oynaq infeksiyası, əməliyyatdan sonra infeksiyanın erkən diaqnostikası və effektiv müalicə üsulları müzakirə olunub. Beynəlxalq kursda paytaxtla yanaşı, ölkənin müxtəlif regionlarından 200 nəfərə yaxın travmatoloq-ortoped və infeksionist iştirak edib.
Kurs-seminara ABŞ-ın atroplastika sahəsində məşhur, Diz və Bud-Çanaq Assosiasiyasının prezidenti, Tomas Jefferson Universitetinin və İstambuldakı Acıbadem Universitetinin Ortopedik Cərrahiyyə professoru Cavad Pərvizi sədrlik edib.
Tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyənin ortoplastika sahəsində ixstisaslaşmış Ankara Universitetinin professoru İlkər Çətin, Hacıttəpə Universitetinin professoru Bülənt Atilla, Acıbadəm Universitetinin professorları İbrahim Tuncay və Murad Bozkurd müxtəlif mövzülarla çıxış edərək, öz bilik və təcrübələrini azərbaycanlı həkimlərlə bölüşüb.
Kursun sonunda həkimlər sertifikatlarla təltif edilib.