İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında İsrailə işgüzar səfərinə dair daha bir paylaşım edib: “İsrailə işgüzar səfərimiz çərçivəsində bu ölkənin energetika və infrastruktur naziri Eli Koen ilə görüşdük. İqtisadi əlaqələrin güclənməsinə töhfə verən təşəbbüs və layihələri, Azərbaycan və İsrailin dərinləşən enerji əməkdaşlığının gündəliyini müzakirə etdik”.