AZ

Ukrayna qırmızı xəttini açıqlayıb

Ukrayna

Ukrayna üçün istənilən gələcək sülh danışıqlarında üç fundamental məsələ dəyişməz qalacaq, bunlar “qırmızı xətlər”dir və müzakirə mövzusu deyil.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

“Elə fundamental şeylər var ki, bunlara toxunulmur.

Birincisi, Ukraynanın ərazi bütövlüyü və suverenliyidir. Ukrayna heç vaxt işğal olunmuş əraziləri tanımayacaq.

İkincisi, heç bir ölkənin Ukrayna xalqının seçiminə veto qoymaq hüququ yoxdur. Xüsusilə, Avropa İttifaqında və ya Avropa İttifaqında iştirakla bağlı”,- nazir deyib.

Sibiqanın sözlərinə görə, müzakirə olunmayacaq üçüncü məsələ ordunun müdafiə qabiliyyəti və imkanlarının məhdudlaşdırılmasıdır ki,Ukrayna bununla razılaşmayacaqdır.

Nazir izah edib ki, Ukraynanın bütün tərəfdaşları bu fundamental məsələlərdən xəbərdardır.

E. KAMAL
Seçilən
24
reyting.az

1Mənbələr