AZ

Dünyada ən çox ehtiyac olan silahın adı açıqlanıb

Aviasiya və hava hücumundan müdafiə (HHM) sistemləri qlobal silah bazarında ən çox tələb olunan kateqoriyalar olaraq qalır.

Herbiand.az bildirir ki, bu barədə Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin (CAMTO) mütəxəssisləri bildirib.

“Dəyər parametri üzrə 2025-2028-ci illər üzrə ixrac satışının həcmi aşağıdakı kimi bölünüb:

1. Aviasiya avadanlığı - 175,022 milyard dollar (30,62 faiz)

2. Hava hücumundan müdafiə (HHM) vasitələri - 76,460 milyard (13,38 faiz)

3. Zirehli texnika – 76,217 milyard (13,34 faiz).

İlk beşliyə həmçinin, 11,53 faiz payla dəniz texnikası və helikopterlər (10,97 faiz) daxil edilib. Altıncı yeri raket-artilleriya silahları (6,01 faiz) tutur, pilotsuz təyyarələr isə ümumi həcmin 2,67 faizini təşkil edir.

Nəzərə almaq lazımdır ki, ümumi pilotsuz sistemlər əksər hava hücumundan müdafiə sistemləri və ya pilotlu təyyarələrdən xeyli ucuzdur.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
47
herbiand.az

1Mənbələr