AZ

Ramos yenə gündəmə gəldi: Bu dəfə təpiyi ilə

"Pumas" və "Monterrey" arasında Meksika çempionatının 12-ci tur oyunu keçirilib.

Publika.az xəbər verir ki, qonaqlar rəqiblərini 3:1 hesabı ilə məğlub etməyi bacarıblar. "Monterrey"in ulduz futbolçusu Serxio Ramos komandasının qələbə qazandığı görüşdə diqqət mərkəzinə düşməyi bacarıb.

Əvvəlki 3 matçda ardıcıl qollar vuran ispaniyalı müdafiəçi bu dəfə qırmızı vərəqə alıb. O, epizodların birində mübarizəni rəqibinə uduzub və bundan sonra onu təpiklə vurmağa çalışıb. Hakim buna görə ona birbaşa qırmızı vərəqə göstərib.

Qeyd edək ki, "Monterrey"in 19 xalı var və turnir cədvəlində səkkizinci yerdədir.

Seçilən
35
publika.az

1Mənbələr