AZ

Hər nəfərə orta hesabla 1164 manat gəlir olub

İlkin məlumatlara görə, 2025-ci ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 11 milyard 907,1 milyon manat və ya hər nəfərə orta hesabla 1164,2 manat olmuşdur.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.

Qeyd edilib ki, əhalinin sərəncamında qalan gəlirləri 10 milyard 164,8 milyon manat təşkil etmişdir.

Seçilən
40
marja.az

1Mənbələr