AZ

“Ordumuza qayğı əsas vəzifəmizdir”

Novruz Bayramı ərəfəsində ehtiyatda olan hərbçilər, Silahlı Qüvvələrin veteranları Azərbaycan Bayrağı ordeni, ehtiyatda olan polkovnik Xətai Baxışov və ehtiyatda olan polkovnik Hikmət Ağayev, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri. Emin Həsənli və Birliyin Türkiyə təmsilçisi Tacəddin Hüseynquluzadə Kəlbəcərdə dislokasiya olunmuş hərbi hissədə əsgərlərlə görüşüb.

Herbiand.az xəbər verir ki, əsgərlərlə birlikdə bayram süfrəsi arxasında veteranlar və ictimaiyyət nümayəndələri səmimi söhbət edib və onlara xidmətdə uğurlar arzulayıb.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri Emin Həsənli həm dünyada, həm də regionumuzda yaranmış mövcud durumda hərbçilərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

“Bu gün yaranmış situasiya orduya diqqəti artırmağı tələb edir. Elə buna görə də Azərbaycan Silahlı Qüvvələrinə həm Ali baş komandan, həm Müdafiə Nazirliyi rəhbərliyi, həm də xalqımız tərəfindən göstərilən qayğı bunu bir daha sübut edir. Bu gün hərbçilərimiz üçün yaradılan şərait, ordunun müasir texnika və avadanlıqlarla təmin olunması Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin hər zaman prioritet hesab etdiyi vəzifədir. Biz də hər zaman olduğu kimi ordumuzun yanındayıq. Həm aprel döşlərində, həm Vətən müharibəsində, həm antiterror tədbirlərində olduğu kimi bu gün də hərbçilərimizə mənəvi dəstək olmaq üçün əlimizdən gələni etməyə hazırıq”.

Əsgərlər orduya göstərilən qayğıdan danışıb və qalib orduda xidmət etdiklərindən qürur duyduqlarını bildiriblər.



Seçilən
8
herbiand.az

1Mənbələr