AZ

Azərbaycanın deputatları Nevski beynəlxalq ekoloji konqresinə dəvət olunublar

Bakı.Trend:

Azərbaycan parlamentinin deputatları Nevski beynəlxalq ekolojikonqresinə dəvət olunublar.

Trend xəbərverir ki, bunu Rusiya Federal Məclisi Federasiya Şurasının sədriValentina Matviyenko Rusiya və Azərbaycan arasındaparlamentlərarası komissiyanın 22-ci iclasının açılış mərasimindədeyib.

“Azərbaycan tərəfini 22-23 may 2025-ci il tarixində keçiriləcəkNevski beynəlxalq ekoloji konqresində iştirak etməyə dəvət edirəm”,-deyə V. Matvienko bildirib.

O qeyd edib ki, insanların həyatının inkişafı və keyfiyyətiiqlim və ətraf-mühitdə baş verən dəyişikliklərlə bağlı qərarlardanasılıdır.

“Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşlarından biridir.Rusiya Azərbaycanın ticarət dövriyyəsi üzrə aparıcı tərəfdaşlarıarasında üçüncü yerdə gəlir”,- deyə Matviyenko bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan ticarət dövriyyəsini 8və ya 10 milyard dollara qədər yüksəltmək üçün nəhəng potensialamalikdir.

Matviyenko onu da qeyd edib ki, mehriban qonşuluq münasibətləriqurmuş ölkələrin imkanlarından maksimum istifadə etməklazımdır.

Məqalədə:
Seçilən
69
az.trend.az

1Mənbələr