AZ

7 milyonluq “Xaçmaz Aqropark” nizamnamə kapitalını azaldır

"Xaçmaz Aqropark" MMC nizamnamə kapitalını azaldıb. 

Valyuta.az xəbər verir ki, kreditorlar bir ay müddətində Xaçmaz rayonu, Sayad kəndi ünvanına müraciət edə bilərlər.

Bildirək ki, nizamnamə kapitalının nə qədər azaldıldığı barədə məlumat verilməyib. 

MMC-nin hazırki nizamnamə kapitalı isə 7 milyon 450 min manat təşkil edir.

2021-ci ildə dövlət qeydiyyatına alınan aqroparkın qanuni təmsilçisi Mailov Raufdur.

Maya Hüseynova 

Seçilən
28
valyuta.az

1Mənbələr