Bakı, 17 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında neft-qaz sektoruna 618,6 milyon manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iki ayda ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 32,5 faiz azalıb.
Qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə sözügedən göstərici 904,9 milyon manat səviyyəsində olub.