AFFA rəhbərliyi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının düşərgəsini ziyarət edib.

Offsideplus.az qurumun rəsmi saytna istinadən xəbər verir ki, görüşə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahagir Fərəcullayev yollanıblar.

Onlar yığmanın yeni baş məşqçisi Ayxan Abbasova uğurlar arzulayıblar. AFFA rəsmiləri həmçinin, futbolçulara gələcək yarışlarda nailiyyətlər diləyiblər.

Ayxan Abbasov öz növbəsində göstərilən etimada görə təşəkkürünü bildirib,  U-21-də çalışmağın böyük məsuliyyət olduğunu söyləyib.

 

Yığmamız sabah A.Abbasovun rəhbərliyi altında ilk təlim-məşq toplanışına başlayacaq. Bu məqsədlə komanda Türkiyənin Antalya şəhərinə uçacaq.

 

Hazırlıq çərçivəsində U-21 martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoxlama görüşündə üz-üzə gələcək.