AZ

Bu ilin iki ayında hər bir istehlakçı məhsul və xidmətlərə orta hesabla 577,6 manat xərcləyib

Bakı, 17 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 11,8 milyard manat olmaqla 2024-cü ilin yanvar-fevral aylarına nisbətən müqayisəli qiymətlərlə 5,2 faiz artıb, ümumi dəyərin 78,2 faizini pərakəndə ticarət dövriyyəsi, 18,6 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 5 faiz artaraq 11,3 milyard manata bərabər olub, onun 45,5 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 577,6 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 51,5 manat çox vəsait xərcləyib.

 

Seçilən
70
1
azertag.az

2Mənbələr