AZ

Politoloq: 2025-ci ildə ABŞ İranla bağlı problemi həll etməkdə qərarlıdır, amma bunu bacarması az inandırıcı görünür...

ABŞ ilə İran arasında müharibənin baş verməsi ehtimalı getdikcə böyüyür..

Azər Qasımov: “Trampın İrana xəbərdarlığının ilk nəticəsi Yəməndə Husilərin bombardıman edilməsi oldu”.

İrana nüvə silahına sahib olmaq imkanı verilməyəcəyini ABŞ rəsmiləri dəfələrlə deyib. Danışıq təklifləri də İran Ali Dini rəhbərliyi tərəfindən rədd edilib. Bundan sonra göründüyü kimi İrana qarşı ciddi tədbirlərin görüləcəyi mütləq olacaq”.

Bu sözləri politoloq Azər Qasımov ABŞ-İran münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.

Trampın Ukrayna və Yaxın Şərq problemlərini həll etmək cəhdləri fonunda ABŞ ilə İran arasında müharibənin baş verməsi ehtimalı getdikcə böyüyür. Hətta dünən İran prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ onu öldürə bilər.

2025-ci ildə ABŞ-İran müharibəsinə ehtimal vermək olar və müharibə baş verərsə, bu ABŞ-nin Yaxın Şərqdəki mövqelərinə necə təsir edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Pezeşkianı öldürə bilərlər, amma İran daxili qruplar bunu edə bilərlər. Yəni Pezəşkianın qanını ABŞ-nin üzərinə qoyub, xalqın birliyinə nail olmaq üçün edərlər”.

Pezeşkianın öldürülə bilməsi ehtimalının iandırıcı olmadığını düşünən politoloq Poliqon-a bildirib ki, bununla Pezeşkian ABŞ-yə və Trampa müəyyən təzyiqlər etməyə çalışır və qabaqcadan onları müəyyən məsuliyyət qarşısında qoyur:

“Trampın İrana xəbərdarlığının ilk nəticəsi Yəməndə Husilərin bombardıman edilməsi oldu. Ardınca da İrana xəbərdarlıq edildi ki, bu qrupları dəstəkləməsin. Eyni xəbərdarlığı bir müddət öncə Türkiyə XİN rəhbəri Hakan Fidan da etmişdi.

İrana nüvə silahına sahib olmaq imkanı verilməyəcəyini AB. rəsmiləri dəflərlə deyib. Danışıq təklifləri də İran Ali Dini rəhbərliyi tərəfindən rədd edilib. Bundan sonra göründüyü kimi İrana qarşı ciddi tədbirlərin görüləcəyi mütləq olacaq. Pezeşkianın öldürülə bilməsi ehtimalı az inandırıcıdır. Bununla Pezeşkian ABŞ-yə və Trampa müəyyən təzyiqlər etməyə çalışır və qabaqcadan onları müəyyən məsuliyyət qarşısında qoyur. Amma onun sözünün İranda keçmədiyini də hər kəs bilir. İranda söz sahibi Ali dini lider Əli Xameneyi və ətrafıdır.

İqtidarsız birinin öldürülməsi İran rejiminin təbliğatından başqa kimsəyə yaramaz, xüsusən də, Amerikaya. Bu baxımdan Pezeşkianı öldürə bilərlər, amma İran daxili qruplar bunu edə bilərlər. Yəni Pezəşkianın qanını ABŞ-nin üzərinə qoyub, xalqın birliyinə nail olmaq üçün edərlər.

Azər Qasımov: “ABŞ-nin və Trampın İranı tam neytralladıra bilməsi mümkün versiya kimi görünmür. Bunu İranda da çox yaxş bilirlər”.

Onu da qeyd edim ki, 2025-ci ildə ABŞ İranın nüvə silahı məsələsini həll etməkdə qərarlıdır, amma bunu bacarması az inandırıcı görünür. Hesab edirəm ki, elə bunun üçün ilk növbədə İranın proksi qruplarını ləğv etməyə çalışırlar və onlardan biri də Yəmən husiləridir. Ardınca İrana qarşı sanksiyalar sərtləşdiriləcək. Son nəticə kimi İranın hərbi obyektlərinə və silah depolarına, yeraltı anqarlarına zərbələr endiriləcək.

Lakin mən inanmıram ki, quru hərəkatı olmadan İranı və Yəmən Husilərini məğlub etmək mümkün olsun. Quru əməliyyatını isə nə İsrailin, nə də ABŞ-nin həyata keçirəcəyi elə də inandırıcı görünmür. Yəni ABŞ-nin və Trampın İranı tam neytralladıra bilməsi mümkün versiya kimi görünmür. Bunu İranda da çox yaxş bilirlər.

Lakin Yaxın Şərqdə ABŞ-nin rolu fərqli ola bilər. İranın zəiflədilməsi Türkiyə və İsrailin önə çıxmasını gücləndirəcək. Amma hal-hazırda bu, onsuz da belədir. Qeyd edilən durumda bu, daha da artacaq.

Hesab edirəm ki, Türkiyə və İsrailin ortaq məxrəcə gəlməsi üçün ciddi addımlar atılmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info

 

Seçilən
49
46
poliqon.info

10Mənbələr