Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ qüvvələri husilərin Birləşmiş Ştatların Yəmən sahilindəki aviadaşıyıcısına (Qırmızı dənizdəki "USS Harry Truman" gəmisinə) zərbə endirməyə cəhs edən 11 ədəd PUA-sını vurublar.
Bu barədə ABC telekanalı məlumat verib.
ABŞ adminstrasiyasındakı mənbələr Ənsarallah təşkilatına məxus 10 ədəd dronun ABŞ Hərbi Hava Qüvvələri, 1 ədəd PUA-nın isə Hərbi Dəniz Qüvvələri təyyarəsi ilə vurulduğunu bildiriblər.
Husilərin də bir ballistik raket atdıqları, raketin ABŞ gəmilərindən uzaqda dənizə düşdüyü bildirilir.
Hürr Tərcüman