Bu, rəsmi danışıqların bir hissəsidir və Kremlin mətbuat xidmətinin əvvəlcədən bildirdiyinə görə, görüşdə Rusiya-Tacikistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri müzakirə olunacaq. Xüsusilə ticarət-investisiya və humanitar sahələrdə əməkdaşlığa diqqət yetiriləcək. Eyni zamanda, aktual regional məsələlər ətrafında fikir mübadiləsi aparılması planlaşdırılır.
Dar tərkibdə keçirilən görüş başa çatdıqdan sonra Putin və Rəhmon videobağlantı vasitəsilə Düşənbədə İstedadlı Uşaqlar üçün Beynəlxalq Təhsil Mərkəzinin və Vladimir Mayakovski adına Dövlət Rus Dram Teatrının tikintisinə start verəcəklər.
Daha sonra danışıqlar geniş tərkibdə davam edəcək. Görüşün yekununda bir sıra sənədlərin imzalanması gözlənilir. Həmçinin, liderlər mətbuat üçün bəyanat verəcəklər.